Rusiyada pələng tualetə gedən kişini parçaladı
Rusiyanın Xabarovsk vilayətində amur pələngi odunçunu parçalayıb.
Bu barədə vilayətin Təbii Sərvətlər Nazirliyi məlumat yayıb.
Hadisə gecə saatlarında kişi tualetə gedən zaman baş verib. Yoldaşları bundan səhər xəbər tutublar. Onlar ərazidən 15 metr aralıda kişinin ayaqqabılarını, paltarını və yerdə qan izləri tapıblar.
Bildirilir ki, həmin ərazidə pələngin ayaq izləri və meşəyə doğru sürükləmə izləri olub.
Eyni zamanda, “Amur pələngi” mərkəzinin direktoru Sergey Aramilev digər versiyaların da nəzərdən keçirildiyini vurğulayıb.