Sirk ayısı təlimçini və onun 12 yaşlı oğlunu yaraladı
- 2-10-2020, 09:48
- Dünya
''Azad Səs'' Oxu.az-a istinadən xəbər verir ki, REN TV-nin məlumatına görə, hadisə Rusiya paytaxtında baş verib.
Bildirilib ki, vəhşi heyvan qəfəsə aparılarkən yolda ağızlığını qırıb, uşağı pəncəsi ilə özünə sıxıb və başını dişləyib. Bu vaxt təlimçi ata birtəhər uşağı heyvanın əlindən ala bilib.
Onların hər ikisi yaralanıb. Uşaq xəstəxanaya yerləşdirilib, onun başına tikiş atılıb. Atanın əlində cırmaq izləri olub, onlara yerində tibbi yardım göstərilib.