Çində kafe və restoranların müştəriləri qida qalıqlarına görə cərimə olunacaq
“Sinxua” agetliyinin yaydığı məlumata görə, artıq ölkə kafelərinin müştəriləri sifariş etdiklərini sonadək yeməyə məcburdurlar. Əks halda onlar cərimə olunacaqlar.
Sənədə əsasən, cərimə qida qalıqlarının emalı məqsədilə alınacaq. Onun məbləği isə hələ ki, açıqlanmır.
Qeyd edək ki, hər il Çində 18 milyard ton qida qalıqları toplanır.