azadses.az » Cəmiyyət » AQTA sahibkarlara çağırış etdi

AQTA sahibkarlara çağırış etdi

Hazırda ölkədə koronavirusa (COVID-19) yoluxmada artan statistika müşahidə edilir. Əfsuslar olsun ki, bu dövr ərzində Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən aparılan monitorinqlər zamanı bir sıra sahibkarların qaydalara əməl etməməsi faktları aşkar olunmuş, müvafiq inzibati cərimələr tətbiq edilmişdir.
''Azad Səs'' xəbər verir ki, AQTA-dan bildirilib ki, agentlik monitorinq qruplarının sayını və tədbirlərinin intensivliyini artırmaqla yanaşı, əlavə sərtləşdirilmiş nəzarət tədbirləri həyata keçirir.
Monitorinqlər ictimai iaşə obyektlərində karantin dövründə müştəri qəbulu, eləcə də qida məhsullarının ticarəti və ictimai-iaşə sahəsində fəaliyyət göstərən qida obyektlərində koronavirusun profilaktikasına dair Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 6 iyul 2020-ci il tarixli 237 və 1 may 2020-ci il tarixli 160 nömrəli qərarları ilə təsdiq edilmiş metodiki göstərişlərə əsasən aparılır.
Agentliyin internet səhifəsində koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizə ilə bağlı xüsusi bölmə yaradılmış, sahibkarlar və istehlakçılar üçün bütün lazımi məlumatlar orada ictimailəşdirilmişdir.
Qeyd edək ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 237 saylı Qərarına edilmiş dəyişikliklərə əsasən, sahibkarlar təsdiq edilmiş qaydalara daha ciddi əməl etməli, müvafiq məsul şəxs təyin etməlidirlər. Bu Qərardan irəli gələn tələblər yerinə yetirilmədikdə İnzibati Xətalar Məcəlləsinin 211.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinin tələblərinin pozulmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər dörd min manatdan on min manatadək məbləğdə cərimə edilir. Eyni zamanda, interaktiv məlumat mübadiləsinin təmin olunması üçün həmin məsul şəxs haqqında müvafiq məlumatlar Agentliyə təqdim olunmalıdır.
Agentlik tərəfindən qida təhlükəsizliyi qeydiyyatından keçmiş sahibkarların şəxsi kabinetləri vasitəsilə ictimai iaşə müəssisələri üzrə məsul şəxslər haqqında lazımi məlumatların təqdim edilməsi üçün müvafiq bildirişlər sahibkarlara göndərilmişdir. Qida təhlükəsizliyi qeydiyyatına alınmamış sahibkarlar “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun 7.3 bəndinə uyğun olaraq, öz obyektlərinin qeydiyyata alınmasını və qanunun tələblərinin yerinə yetirilməsini təmin etməlidir.
Nəzərə almaq lazımdır ki, qeydiyyatsız fəaliyyət göstərmək qanuna ziddir və monitorinqlər zamanı belə müəssisələr aşkar edilərsə, fəaliyyətlərinin qanuna müvafiq olaraq məhdudlaşdırılması məsələsinə baxılacaqdır.
Agentlik sahibkarları mövcud qaydalara əməl etməyə, koronavirus pandemiyasına qarşı mübarizə tədbirlərinin artırılması istiqamətində səylərini gücləndirməyə çağırır.Report
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Qaradağda qəza törədən sürücü ağır xəsarət alıb
  2. Binədə yolu keçən qadını avtomobil vurub
  3. Ağstafada sürücü qardaşını vuraraq öldürüb - YENİLƏNİB
  4. Xaçmazda 7 yaşlı uşaq yol qəzasında ağır xəsarət alıb
  5. Şəmkirdə bıçaqlanma zamanı ölən və xəsarət alanların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİB
  6. Samuxda avtomobil ağaca çırpılıb, 3 nəfər xəsarət alıb
  7. Qəzada ölən vəzifəli şəxsin ailəsi 1 milyon manata yaxın təzminat tələb edir
  8. Günəşdə ən yüksək dərəcəli partlayış baş verdi
  9. Salyanda elektrik enerjisinin verilişi bərpa olunub - YENİLƏNİB
  10. Pirallahıda 44 yaşlı kişini avtomobil vurub
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün PMS üzrə imtahanın I mərhələsi keçiriləcək
Bu gün PMS üzrə imtahanın I mərhələsi keçiriləcək
Dövlət İmtahan Mərkəzi (DİM) bu gün peşəkar mühasib sertifikatı (PMS) üzrə imtahanın I mərhələsini (mühasibat uçotu üzrə) Ətraflı
Meksikanın Milli Politexnik İnstitutunun tələbələrinə COP29 haqqında mühazirə keçirilib
Meksikanın Milli Politexnik İnstitutunun tələbələrinə COP29 haqqında mühazirə keçirilib
Azərbaycan səfiri Meksikanın ən nüfuzlu ali təhsil müəssisələrindən olan Milli Politexnik İnstitutunun Ali Kommersiya və Ətraflı
Bütün xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Şou biznes
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?