Azərbaycanlı sahibkarlar Dubayda keçiriləcək sərgiyə dəvət olunur
- 12-12-2020, 13:49
- Manset
''Azad Səs'' Oxu.az-a istinadən xəbər verir ki, AZPROMO-dan verilən məlumata görə, sərgi 2021-ci ilin 21-25 fevral tarixlərində baş tutacaq.
“Gulfood” beynəlxalq qida sərgisi Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçiriləcək.
Sərgidə iştirak şərtləri barədə ətraflı məlumatı İqtisadiyyat Nazirliyinin və AZPROMO-nun rəsmi internet səhifələrində əldə etmək olar.