Arıqlamağın ən asan yolu - 14 saat aclıq
- 7-12-2019, 13:50
- Cəmiyyət
Qida qəbulu 10 saatda bitməlidir
Amerikalı alimlər ən effektiv arıqlamağın yollarını tapıblar. Bunun üçün Kaliforniya universitetinin tədqiqatçıları 10 saatlıq dövrdə yeməyi, 14 saat isə ac qalmağı məsləhət görürlər. Onlar düşünürlər ki, bu həm artıq çəkini verməyə, həm də özünüzü daha yaxşı hiss etməyə kömək edəcək.
Araşdırmada qadın və kişilərdən ibarət qrup iştirak edib. Onların maddələr mübadiləsi pozulmuş olub. Bu isə metobolizmanın pozulması ilə nəticələnib.
Könüllülər qida qəbulunu 10 saatla məhdudlaşdırmalı idilər. geri qalan 14 saatda onlar heç nə yeməyiblər. Bu təcrübə 12 həftə davam edib. Bu müddətin sonunda onlarda pis xolestrenin miqdarı 11 faiz azalıb. Təzyiq normallaşıb. Bununla yanaşı çəkiləri də 3 kq-a kimi azalıb.
Hətta bəzi könüllülər yuxu rejimlərinin da daha nizamlı və keyfiyyətli olduğunu bildiriblər.