ABŞ səfiri Türkiyə XİN-ə çağırıldı
Bu barədə “Haber Global” məlumat yayıb.
Türkiyə XİN başçısının müavini Sedat Ünal tərəfindən qəbul edilən ABŞ səfirinə Ankaranın məsələyə reaksiyası çatdırılıb.
“Tarixi və hüquqi hər hansı bir əsası olmayan bu açıqlamanın qəbuledilməz olduğu, bütünlükdə rədd edildiyi və şiddətlə qınandığı ifadə edilib. Açıqlamanın beynəlxalq hüquq baxımından etibarsız olduğu, həmçinin türk xalqını dərindən incitdiyi və münasibətlərə bərpası çətin bir zərbə vurduğu qeyd edilib”, - deyə Türkiyə XİN-dən bildirilib.