ABŞ iki hərbi gəmisini Qara dənizə göndərmək barədə qərarını dəyişib. Bu barədə “Haber Global” məlumat yayıb. Məlumata əsasən, ABŞ-ın Ankaradakı səfirliyi Türkiyə XİN-ə ölkəsinin Bosfor boğazından keçməklə hərbi gəmilərini Qara dənizə göndərmək fikrindən daşındığını bildirib.