Avstriyada peyvənddən sonra 74 nəfər ölüb
Bu barədə TASS ölkənin Səhiyyə Sistemində Təhlükəsizlik Federal İdarəsinin məlumatına istinadən xəbər yayıb.
Məlumata əsasən, ölüm halları 27 dekabr 2020-ci ildən 16 aprel 2021-ci ilədək olan dövrü əhatə edir.
Onların 64-ü “Pfizer”, 6-ı “AstraZeneca”, 4-ü isə “Moderna” peyvəndindən sonra qeydə alınıb. Lakin yalnız bir halda ölüm səbəbinin vaksinlə əlaqəsi sübut olunub.