Главная > Dünya / Manset > Avstriyada peyvənddən sonra 74 nəfər ölüb

Avstriyada peyvənddən sonra 74 nəfər ölüb


21-04-2021, 11:00. Разместил: azadses
Avstriyada koronavirusa qarşı peyvənd vurulmasından sonra 74 ölüm halı qeydə alınıb.
Bu barədə TASS ölkənin Səhiyyə Sistemində Təhlükəsizlik Federal İdarəsinin məlumatına istinadən xəbər yayıb.
Məlumata əsasən, ölüm halları 27 dekabr 2020-ci ildən 16 aprel 2021-ci ilədək olan dövrü əhatə edir.
Onların 64-ü “Pfizer”, 6-ı “AstraZeneca”, 4-ü isə “Moderna” peyvəndindən sonra qeydə alınıb. Lakin yalnız bir halda ölüm səbəbinin vaksinlə əlaqəsi sübut olunub.

Вернуться назад