ÜST: İt və pişiklərdən də koronavirusa yoluxmaq mümkündür
“RİA Novosti”nin məlumatına görə, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Rusiyadakı nümayəndəsi Melita Vuynoviç bununla bağlı açıqlama verib.
“COVID-19 virusu əsasən insandan insana yoluxma yolu ilə yayılır, ancaq zoonoz virus olduğu üçün insan-heyvan kanalı ilə yoluxma sübutları var. Aralıq sahib hələ müəyyən edilməyib”, - deyə Vuynoviç izah edib.
İt və pişiklərdən əlavə, insanlar həmçinin su samurları, Ussuriya yenotu, şir və pələngləri də koronavirusa yoluxdura bilər.
Elm adamları virusun digər heyvan növlərinə də təsirini araşdırmağa davam edir.