Braziliyalı iş adamları hökumətə vaksinləri öz hesablarına almağı təklif edib
Bu barədə “Bloomberg” məlumat yayıb. Agentliyin verdiyi xəbərə görə, biznesmenlər bunun qarşılığında əməkdaşları ilə birlikdə prioritet qrupa salınmalarını və növbədənkənar peyvənd olunmalarını tələb ediblər. Əks halda, onlar ölkədəki pandemik vəziyyətin daha da kəskinləşəcəyini və ölüm hallarının artacağını bildiriblər.
Qeyd edək ki, hazırda Braziliyada sutkalıq ölüm səviyyəsi 3700 nəfər civarındadır.