Yaponiyada YENİ MUTASİYA tapıldı: daha tez yoluxur, vaksinləri "öldürür"
- 20-02-2021, 10:53
- Dünya
Yaponiyada koronavirusun vaksinlərə qarşı müqavimətli olduğu ehtimal edilən yeni mutant versiyası tapılıb.
''Azad Səs'' Publika.az-a istinadən xəbər verir ki, bu barədə Yaponiya Milli Yoluxucu Xəstəliklər İnstitutu məlumat yayıb.
Xəbərə görə, mutant versiya ölkəyə xaricdən gəlib və mövcud vaksinlərin effekitvliyini potensial olaraq azalda bilir.
Səhiyyə işçiləri bildirir ki, yeni mutant Cənubi Afrika və Braziliya ştammları ilə eyni formada proteindən mutasiyaya uğrayıb, amma Britaniya ştammında rast gəlinən N501Y dəyişikliyini daşımır.
Rəqəmsal çarpaz analizlər aparılsa da, mutasiyanın haradan daxil olduğu müəyyənləşdirilməyib.
“Asahi” qəzeti yazır ki, mütəxəssislər mutant versiyanın, xüsusilə, “AstraZeneca” və Oksford tərəfindən hazırlanan vaksini zərərsizləşdirəcəyindən qorxur.
Yaponiya Kabineti Katibliyinin rəhbəri Katsunobu Kato mutasiyanın 2-si xarici vətəndaş olmaqla, 93 nəfərə yoluxduğunu açıqlayıb.
Elm adamları ştammın mövcud növlərdən daha yoluxucu olduğunu ehtimal edir.
Xatırladaq ki, Yaponiyada bu günə qədər 420 mindən çox yoluxma, 7 min 300 ölüm qeydə alınıb.