Xasiyyətdəki mənfiliklərin koronavirusla mübarizədə faydası açıqlandı
- 5-03-2021, 15:00
- Dünya
Florensiya Universitetinin Tibb Elmləri Bölməsinin psixologiya şöbəsinin mütəxəssisləri koronavirus pandemiyasına psixoloji cəhətdən ən davamlı insanları müəyyən ediblər.
Bununla bağlı tədqiqatlar “Science Direct” saytında dərc edilib.
Bildirilir ki, elm adamları karantində psixopatiya ilə rifah arasındakı əlaqəni müəyyənləşdirmək üçün araşdırma aparıblar. Respondentlər xasiyyətdəki psixopatik xüsusiyyətləri və onların yoluxma riski qavrayışlarını ölçmək üçün anket doldurublar. Bundan sonra onların təcrid vaxtı rifah səviyyəsi analiz edilib. Testlərdə orta yaşı 31,3 il olan 619 nəfər iştirak edib.
Tədqiqatın nəticələrinə görə, pandemiyaya ən davamlı insanlar düşüncəsiz hərəkətlərə, həyasızlığa və alçaqlığa meylli olanlardır. Təcrid zamanı bu insanlar daha aşağı stres səviyyələri yaşayıblar. Eyni zamanda, qeyri-sabit psixikaya sahib olan respondentlər və əhval dəyişikliyi olanlar özlərini daha pis hiss ediblər.
Qeyd edək ki, Tümen Dövlət Universitetinin Ümumi və Sosial Psixologiya kafedrasının dosenti Maria Boqdanova da mənfi xarakter xüsusiyyətlərinin resurs çatışmazlığının yaşandığı böhranlı vəziyyətlərdə “faydalı” ola biləcəyini deyib.
“Həyasızlıq, risk almaq istəyi və aşağı empatiya bu resursları başqaları ilə bölüşməməyə və özünə uyğunlaşdırmağa kömək edir”, - deyə o, bildirib.