Həftəsonları 56 saat “evdə qalmaq” rejimi tətbiq olunur - Türkiyədə
- 5-12-2020, 14:19
- Dünya
''Azad Səs'' Pravda.az-a istinadən xəbər verir ki, Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılma sürətini nəzarətdə saxlamaq üçün hökumətin qəbul etdiyi yeni rejim qaydalarına uyğun olaraq dekabrın 4-də yerli vaxtla saat 21.00-da bütün ölkə üzrə küçəyə çıxmaq məhdudiyyət qüvvəyə minib.
Ölkə boyu yeni növ koronavirusa yoluxma, bu infeksiyadan ağır xəstə və ölüm sayı sürətlə artmaqdadır. Bu məqsədlə nazirliyin nəzdində COVID-19-la mübarizə məqsədilə yaradılan Elm Qurumu hökumətə sərtləşdirilmiş qadağaların tətbiqini təklif edib.
Qüvvəyə minən təklif əsasında hökumətin verdiyi qərara əsasən həftənin ilk 5 günündə Türkiyə vaxtı ilə saat 21.00-dan 05.00-dək evdən çıxmaq qadağan edilib. Cümə günü axşam 21.00-da başlanan “evdə qalmaq” rejimi isə bazar ertəsi saat 05.00-a qədər qüvvədədir.
Bundan başqa, xüsusi icazəsi olmadığı halda yaşı 65-dən yuxarı, 20-dən aşağı olan şəxslər ictimai nəqliyyatdan istifadə edə bilməzlər. Bu yaş kateqoriyasında olanlara şənbə və bazar günləri xaric hər gün yalnız saat 13.00-dan 16.00-dək evdən çıxmağa icazə verilir.
Türkiyə Səhiyyə Nazirliyinin Elm Qurumu mütəxəsissləri sərtləşdirlimiş qadağaların COVID-19 infeksiyasının yayılma sürətinin qarşısını alanadək davam etdirməyi tövsiyə edib.