azadses.az » Cəmiyyət » Azərbaycanda əhaliyə XƏBƏRDARLIQ! - KORONAVİRUS TƏHLÜKƏSİ BÖYÜYÜR...

Azərbaycanda əhaliyə XƏBƏRDARLIQ! - KORONAVİRUS TƏHLÜKƏSİ BÖYÜYÜR...

Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru, azərbaycanlı alim Nuran Abdullayev koronavirusdan sağalan şəxslərə müraciət edib.

''Azad Səs'' Redaktor.az-a istinadən xəbər verir ki, azərbaycanlı alim açıqlamasında virusun yeni mutasiyasının yaranmasının səbəbləri ilə bağlı bəzi qaranlıq məqamlara aydınlıq gətirib.

Onun sözlərinə görə, Cənubi Afrikada COVID-19-un İngiltərədə yayılmış yeni virus variantından fərqli daha bir mutasiyasına rast gəlinib:

“Bu gün elm İngiltərədə və Cənubi Afrikada yaranan mutasiya ilə bağlı tədqiqatlara ciddi məsuliyyətlə yanaşır. Ona görə də bütün dünya ölkələrində olduğu kimi, Azərbaycanın da bu mutasiyanın təqibi ilə məşğul olması mütləqdir. Cənubi Afrikada virusla bağlı tədqiqatlar aparılıb və son aparılan bir elmi tədqiqat insanlar arasında immunitetin formalaşması ilə bağlı olub”.
N.Abdullayev bildirib ki, tədqiqatla əhalinin təxminən 50 faizində immunitetin yarandığı müəyyən olunub:
“Bu da əhali arasında yarana biləcək immunitet üçün çox böyük rəqəmdir və həm də təbii yolla qazanılmış immunitet anlamına gəlir. Amma belə bir zamanda virusun yeni mutasiyasına rast gəlinməsi artıq vəziyyəti daha da mürəkkəbləşdirir”.
Alim virusun yeni mutasiyasının necə meydana gəlməsi barədə də danışıb.
N.Abdullayev vurğulayıb ki, tibb mütəxəssisləri tərəfindən virusla bağlı aparılan tədqiqatlar zamanı elmə məlum olan mutasiyalar araşdırılır:
“Ehtimal olunur ki, Cənubi Afrikada yaranan “escape” (escape mutation) mutasiyasıdır. Eyni zamanda, elm bu mutasiyanın yaranma səbəblərini müəyyənləşdirib. Belə ki, virusdan sağalan insanlar yenidən yoluxan zaman ciddi xəstələnməsələr də, orqanizmdə formalaşan immunitetlə infeksiya arasında yeni mübarizə başlayır.
Virus bu mübarizədə artıq onu öncədən tanıyan immunitetə qalib gəlmək üçün özünü müəyyən formada dəyişdirmək məcburiyyətində qalır. Bir daha vurğulayıram ki, virus ona qarşı formalaşan immuniteti zərərsizləşdirməyə çalışır. Beləliklə, “escape” mutasiyasına uyğun dəyişikliklər yaranır.
Bu da bir-biri ilə ünsiyyətdə olan bir dəfə xəstəlikdən sağalmış insanların bu dəfə virusun yeni mutasiyasına yoluxması və ya bugünədək yoluxmayan insanları yeni mutasiya ilə yoluxdurmaq deməkdir”.
Tibb elmləri doktoru hesab edir ki, Azərbaycanda virusun mutasiyası ilə bağlı ciddi profilaktik tədbirlər həyata keçirilməli və cəmiyyətdə maarifləndirici işlər daha sürətlə davam etdirilməlidir.
O həmçinin virusdan sağalan şəxslərə müraciət edərək özlərini təcrid etmələrini tövsiyə edib:
“Virusdan sağalanlar daha diqqətli və məsuliyyətli olmalıdır. Virusu mutasiyaya uğratmamaq və Azərbaycandakı vəziyyəti daha da pisləşdirməmək üçün özlərini maksimum qorumalı və təcrid etməlidirlər.
Əks halda virusdan sağalan şəxslər sağlamlığına təkrar ciddi zərər vurmaqla yanaşı, həm də yeni mutasiyanın kütləvi şəkildə yaranmasına yol aça bilərlər. Bu zaman təhlükə ondan ibarətdir ki, mutasiya olunmuş virusun yeni yoluxduruculuq əmsalı fərqli olacaq. Bu da virusun geniş yayılmasını sürətləndirə və normal həyata qayıdışı peyvəndin tətbiqindən asılı olmayaraq bir qədər də gecikdirə bilər”. 
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Qaradağda qəza törədən sürücü ağır xəsarət alıb
  2. Binədə yolu keçən qadını avtomobil vurub
  3. Ağstafada sürücü qardaşını vuraraq öldürüb - YENİLƏNİB
  4. Xaçmazda 7 yaşlı uşaq yol qəzasında ağır xəsarət alıb
  5. Şəmkirdə bıçaqlanma zamanı ölən və xəsarət alanların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİB
  6. Samuxda avtomobil ağaca çırpılıb, 3 nəfər xəsarət alıb
  7. Qəzada ölən vəzifəli şəxsin ailəsi 1 milyon manata yaxın təzminat tələb edir
  8. Günəşdə ən yüksək dərəcəli partlayış baş verdi
  9. Salyanda elektrik enerjisinin verilişi bərpa olunub - YENİLƏNİB
  10. Pirallahıda 44 yaşlı kişini avtomobil vurub
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün PMS üzrə imtahanın I mərhələsi keçiriləcək
Bu gün PMS üzrə imtahanın I mərhələsi keçiriləcək
Dövlət İmtahan Mərkəzi (DİM) bu gün peşəkar mühasib sertifikatı (PMS) üzrə imtahanın I mərhələsini (mühasibat uçotu üzrə) Ətraflı
Meksikanın Milli Politexnik İnstitutunun tələbələrinə COP29 haqqında mühazirə keçirilib
Meksikanın Milli Politexnik İnstitutunun tələbələrinə COP29 haqqında mühazirə keçirilib
Azərbaycan səfiri Meksikanın ən nüfuzlu ali təhsil müəssisələrindən olan Milli Politexnik İnstitutunun Ali Kommersiya və Ətraflı
Bütün xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Şou biznes
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?