Tonoyandan ŞOK ETİRAFLAR: müharibə qaçılmaz idi, çünki...
- 25-01-2021, 12:33
- Dünya
“Bir sıra vacib şərtlər nəzərə alınmaqla, Qarabağda yeni bir müharibə, həqiqətən, qaçılmaz idi”.
''Azad Səs'' Publika.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın sabiq müdafiə naziri David Tonoyan “Mediamaks” agentliyinə müsahibəsində bildirib.
Sabiq nazir məşhur "yeni müharibə - yeni ərazilər" ifadəsi ilə bağlı ona qarşı ittihamlara münasibət bildirərək qeyd edib ki, çoxları Ermənistanın hərbi-siyasi rəhbərliyinin bu və digər açıqlamalarının Qarabağda yeni bir müharibəni alovlandırmasına yol açdığına inanırdı.
Sabiq nazirin dərin inamına görə, 1994-cü ildən sonra Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmuş ərazilər və müdafiə xətləri, habelə döyüş növbətçiliyinin təşkili və müasir silahlarla təchiz olunma - bütün bunlar Qarabağın təhlükəsizliyini və iqtisadi inkişafını təmin etmək üçün əsas vəzifəni həll etmək baxımından uzunmüddətli aspektdə mümkün deyildi. Tonoyan mövcud konfiqurasiya və geosiyasi vəziyyətlə gec-tez pozulmuş danışıqların müharibəyə səbəb olacağına inanırmış. Bu səbəbdən də Ermənistanın mövcud sosial və demoqrafik imkanları şəraitində, davam edən müdafiə və xarici siyasət şəraitində erməni tərəfi "sərfəli" həll prosesinin davam etdirilməsi yolunu seçib.
Qeyd edək ki, bir neçə gün əvvəl Rusiya Xarici İşlər naziri Sergey Lavrov illik mətbuat konfransında Tonoyanın Qarabağla bağlı emosional açıqlamalar verdiyini demiş və sözügedən ifadəni xatırlatmışdı.