Rusiya xarici işlər naziri Sergey Lavrov Qarabağla bağlı yeni açıqlama verib.
''Azad Səs'' Ermənistan KİV-nə istinadən xəbər verir ki, o sabiq müdafiə naziri David Tonoyanın təxribatçı açıqlamasını xatırladıb.
“44 günlük müharibə başlamazdan əvvəl biz Qarabağdan yaxud Qarabağla bağlı ermıni rəsmilərinin emosional açıqlamalarını, o cümlədən “yeni müharibə-yeni ərazilər” ifadəsini eşitmişdik. Sözlər material gücə çevrilir”.
Xatırladaq ki, Ermənistanın sabiq müdafiə naziri David Tonoyan ABŞ-da erməni icması ilə görüşdə “yeni müharibə - yeni ərazilər” ifadəsini işlətmişdi.
Lavrovdan Yerevana TƏLƏB: “Təxribatçı açıqlamalar verməyin”
- 18-01-2021, 14:22
- Siyasət