Qarabağ müharibəsinin qarşısını almaq olardı, amma... - Ermənilərdən ŞOK ETİRAFLAR
- 30-12-2020, 13:35
- Cəmiyyət
Qarabağdakı müharibənin qarşısını almaq mümkün idi, ermənilər günahkarları öz aralarında axtarmalı və hadisənin şərtlərini araşdırmaq üçün xüsusi komissiya yaradılmalıdır.
''Azad Səs'' Publika.az-a istinadən xəbər verir ki, bunu Qarabağda keçmiş separatçı rejimin “prezidentinin” xarici siyasət üzrə müşaviri David Babayan deyib.
O bildirib ki, 2016-cı il Aprel döyüşlərindən sonra belə bir komissiya yaradılsaydı, dağıdıcı müharibə meydana çıxmazdı.
Babayanın sözlərinə görə, ATƏT-in Minsk qrupu həmsədrləri bütün təklifləri razılaşdırmışdılar: “Danışıqlar prosesinə gəlincə, konkret bir Rusiya, Amerika və ya Fransa təklifi yox idi. ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən verilən bütün təkliflər digər ikisi ilə razılaşdırılırdı. Başqa həmsədrlərlə razılaşdırılmayan Rusiya təklifi yox idi. Heç kim fərqli fikir söyləyə bilməz, bu bir həqiqətdir. Həmsədrlər vahid mövqedən çıxış etdilər”.
O qeyd edib ki, həmişə ərazilər barədə danışıqlar olub. Ancaq bu o demək deyil ki, müharibənin qarşısını almaq olmazdı.
Babayan baş verənlərin səbəblərini xaricdə deyil, ölkə daxilində axtarmağa çağırıb: “Başımıza gələn bütün bədbəxtliklərdə özümüz günahkarıq. Başqa heç kim, hətta türklər və azərbaycanlılar da”.