Fransada vaksinin yan təsirləri aşkarlandı
- 22-01-2021, 15:41
- Dünya
“Pfizer/BioNTech” peyvəndinin yan təsirləri qeydə alınıb.
''Azad Səs'' Publika.az-a istinadən xəbər verir ki, bu barədə Fransa Milli Dərman Təhlükəsizliyi Agentliyi məlumat yayıb.
Bildirilib ki, vaksinasiya olunan şəxslərdən 135 nəfərdə yan təsirlər müşahidə olunub. Onlardan 9 nəfəri ölüb. Ölənlərin COVID-19 ilə yanaşı, ciddi xroniki xəstəliklərinin olduğu bildirilir.
Yan təsir göstərənlərdə yüksək hərarət, baş ağrısı və ürək bulanması müşahidə olunur. Ümumilikdə, 31 ciddi yan təsir hadisəsi qeydə alınıb, bunlardan 4-ü taxikardiya olub.
Qeyd edək ki, Fransada vaksinasiya kampaniyası 27 dekabrda başlayıb. Səhiyyə Nazirliyinin son məlumatlarına görə, ölkədə artıq 823 mindən çox insan vaksinasiyaya cəlb olunub.