Главная > Dünya > Fransada vaksinin yan təsirləri aşkarlandı
Fransada vaksinin yan təsirləri aşkarlandı22-01-2021, 15:41. Разместил: azadses |
“Pfizer/BioNTech” peyvəndinin yan təsirləri qeydə alınıb. ''Azad Səs'' Publika.az-a istinadən xəbər verir ki, bu barədə Fransa Milli Dərman Təhlükəsizliyi Agentliyi məlumat yayıb. Bildirilib ki, vaksinasiya olunan şəxslərdən 135 nəfərdə yan təsirlər müşahidə olunub. Onlardan 9 nəfəri ölüb. Ölənlərin COVID-19 ilə yanaşı, ciddi xroniki xəstəliklərinin olduğu bildirilir. Yan təsir göstərənlərdə yüksək hərarət, baş ağrısı və ürək bulanması müşahidə olunur. Ümumilikdə, 31 ciddi yan təsir hadisəsi qeydə alınıb, bunlardan 4-ü taxikardiya olub. Qeyd edək ki, Fransada vaksinasiya kampaniyası 27 dekabrda başlayıb. Səhiyyə Nazirliyinin son məlumatlarına görə, ölkədə artıq 823 mindən çox insan vaksinasiyaya cəlb olunub. Вернуться назад |