Donald Trump: Koronavirusdan qorxmayın!
- 6-10-2020, 16:47
- Dünya
Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Trump 3 gündür COVID-19 virusuna qarşı müalicə aldığı xəstəxanadan çıxıb.
''Azad Səs'' Redaktor.az-a istinadən xəbər verir ki, o, xəstəxanadan çıxarkən jurnalistlərə açıqlama vermədən Ağ Evə yollanıb.
D.Tramp daha sonra Tvitter hesabından video paylaşaraq bildirib ki, “Lideriniz olaraq bunu etmək məcburiyyətindəydim. Risk qrupunda ola biləcəyimi başa düşürəm, amma bunu etməliyəm. İndi daha yaxşıyam. Bəlkə də immunitetim güclüdür”.
Qeyd edək ki, D.Trump koronavirus testi pozitiv çıxdıqdan 1 gün sonra xəstəxanaya yerləşdirilmişdi.