Lavrovdan MÜHÜM AÇIQLAMA
- 1-12-2020, 11:56
- Siyasət
Rusiya ABŞ-ın gələcək administrasiyası ilə qarşılıqlı hörmət prinsipi əsasında işləyəcək.
''Azad Səs'' Pravda.az-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Qazaxıstanın "Kazinform" agentliyinə müsahibəsində deyib.
“Rəsmi nəticələr açıqlanmazdan əvvəl ABŞ seçkilərinin beynəlxalq münasibətlər üçün nəticələrini müzakirə etmək tezdir. Bu, bizim prinsipial mövqeyimizdir. Əlbəttə ki, Atlantikanın o tərəfində baş verənləri diqqətlə izləyirik və hadisələrin hər cür gedişatına hazırıq. Lakin bununla belə, proqnoz vermək və xüsusilə də hazırkı mərhələdə bunu etmək çox da yaxşı fikir deyil”, - deyə Rusiya XİN başçısı deyib.
S. Lavrov bildirib ki C. Baydenin açıqlamalarına əsasən onun qalib gələcəyi təqdirdə ABŞ-ın xarici siyasətinin Barak Obamanın zamanında təbliğ etdiyi kanonlara daha çox uyğun gələcəyini düşünmək olar: “Prezident Vladimir Putinin dediyi kimi, bütün bunları sakitcə təhlil edirik, Amerika xalqının istənilən qərarını qəbul edəcəyik və istənilən administrasiya ilə işləyəcəyik. Əlbəttə ki, bu yalnız dürüstlük, qarşılıqlı hörmət və daxili işlərə qarışmamaq prinsipləri əsasında olacaq”.