Bu il dövlət qurumlarına edilmiş kiberhücumların sayı açıqlanıb
- 31-10-2023, 13:00
- Cəmiyyət
Bu ilin yanvar-sentyabr aylarında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) tərəfindən dövlət qurumlarına 871 kiberhücum indikatoru (IOC) müəyyən edilib.
Bu barədə “Report”a Xidmətdən məlumat verilib.
Məlumatda deyilir ki, bu indikatorlar XRİTDX tərəfindən 3 rüb ərzində qeydə alınmış və dövlət qurumlarından daxil olmuş məlumatlar əsasında kiberhücumların analizi ilə müəyyən edilib. Nəticədə IOC-ların bloklanması ilə dövlət qurumlarına qarşı hazırlanmış xüsusi hədəflənmiş APT kiberhücumların qarşısı alınıb.
Bu kibertəhdidlərin 322-si daxili araşdırma, 549-u isə dövlət qurumları tərəfindən daxil olmuş insidentlərin araşdırılması əsasında müəyyən olunub.
Bununla yanaşı, 1-ci yarımildə Xidmət kiberkəşfiyyat imkanlarından istifadə etməklə dövlət qurumları domenlərinə (gov.az) bənzədilmiş 65 saxta domenin ölkə üzrə fəaliyyətinin qarşısını alıb. Bunun nəticəsində hakerlər tərəfindən xüsusi hədəflənmiş kiberhücum hazırlıqlarında hakerlərin dövlət qurumları adından istifadə edilməsi planları pozulmuş və kiberhücum cəhdləri qabaqlanıb.