Nazirlik sosial şəbəkə istifadəçilərinə müraciət etdi
- 13-11-2020, 15:06
- Cəmiyyət
''Azad Səs'' xəbər verir ki, bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, xarici ölkələrdən daxil olan zənglər, veb-kameraların sındırılması, router və modemlərə kütləvi hücumlar, xəbər saytlarına hücumlar, sosial şəbəkə hesablarının saxtalaşdırılıması, fişinq hücumları, demək olar ki, hər gün üzləşdiyimiz düşmən təxribatlarıdır.
Son günlərdə Azərbaycanda “Facebook” istifadəçilərinin hesablarının bloklanması halları ilə bağlı müraciətlərin də sayı artıb.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti “Facebook” sosial şəbəkə istifadəçilərini hesablarının bloklanmasının və ya ləğv edilməsinin qarşısını almaq üçün bir sıra qaydalara əməl etməyə çağırır.