azadses.az » Cəmiyyət » “Müharibə veteran”larına təqaüd təyinatı yekunlaşdı

“Müharibə veteran”larına təqaüd təyinatı yekunlaşdı

Məlum olduğu kimi, Prezident İlham Əliyevin 29 dekabr 2021-ci il tarixli Sərəncamına əsasən Müdafiə Nazirliyi və digər qurumlar üzrə “Müharibə veteranı” adı verilmiş şəxslərə də Prezidentin aylıq təqaüdü təyin edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən “Azadsəs.az”a verilən məlumata görə, Sərəncama uyğun olaraq, Müdafiə, Daxili İşlər, Ədliyyə nazirlikləri, Dövlət Sərhəd Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti Nazirlər Kabineti ilə razılaşdırılmış siyahı əsasında “Müharibə veteranı” adı verdikləri şəxslər barədə məlumatları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Zəfər” altsisteminə daxil edib, Xarici Kəşfiyyat Xidməti və Dövlət Təhlükəsizliyi Xidməti isə bu məlumatları kağız və elektron daşıyıcılarda təqdim ediblər.

Bildirilir ki, bu məlumatlar əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək olan dövrdə ölkəmizin ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və razılaşdırılaraq, adları “Zəfər” altsisteminə daxil edilmiş, habelə kağız daşıyıcılarda təqdim edilmiş veteranlara Prezidentin aylıq təqaüdünün (80 manat) təyinatı prosesi yekunlaşıb.

“Həmin şəxslərə təqaüd onların müraciəti olmadan, heç bir sənəd təqdim edilmədən, e-sistem üzərindən proaktiv qaydada təyin edilib.

Təyinat 2022-ci ilin 1 yanvarından rəsmiləşdirilərək həmin vaxtdan hesablanıb ödənilir. Təqaüd təyin edildiyi anda şəxsin telefon nömrəsinə bu barədə, habelə təqaüd kartını hansı bankdan əldə edəcəyinə dair SMS göndərilir.

Müharibə veteranı üçün təqaüdün təyin edilməsi, habelə ödəniş kartını haradan əldə etmələri barədə məlumatı Nazirliyin rəsmi internet səhifəsindəki (sosial.gov.az) “Müharibə veteranı üçün təqaüd” adlı bölməyə daxil olmaqla da öyrənmək olar”, - məlumatda qeyd olunur.

Nazirlikdən bildirilib ki, “Müharibə veteranı” statusu və vəsiqəsi şəxsin qulluq keçdiyi qurum tərəfindən müəyyən edilərək Nazirlər Kabineti ilə razılaşdırılmaqla verilir və bundan sonra “Zəfər” altsisteminə daxil edilir. Bunun əsasında isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təqaüd təyin olunur.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Qaradağda qəza törədən sürücü ağır xəsarət alıb
  2. Binədə yolu keçən qadını avtomobil vurub
  3. Ağstafada sürücü qardaşını vuraraq öldürüb - YENİLƏNİB
  4. Xaçmazda 7 yaşlı uşaq yol qəzasında ağır xəsarət alıb
  5. Şəmkirdə bıçaqlanma zamanı ölən və xəsarət alanların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİB
  6. Samuxda avtomobil ağaca çırpılıb, 3 nəfər xəsarət alıb
  7. Qəzada ölən vəzifəli şəxsin ailəsi 1 milyon manata yaxın təzminat tələb edir
  8. Günəşdə ən yüksək dərəcəli partlayış baş verdi
  9. Salyanda elektrik enerjisinin verilişi bərpa olunub - YENİLƏNİB
  10. Pirallahıda 44 yaşlı kişini avtomobil vurub
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün PMS üzrə imtahanın I mərhələsi keçiriləcək
Bu gün PMS üzrə imtahanın I mərhələsi keçiriləcək
Dövlət İmtahan Mərkəzi (DİM) bu gün peşəkar mühasib sertifikatı (PMS) üzrə imtahanın I mərhələsini (mühasibat uçotu üzrə) Ətraflı
Meksikanın Milli Politexnik İnstitutunun tələbələrinə COP29 haqqında mühazirə keçirilib
Meksikanın Milli Politexnik İnstitutunun tələbələrinə COP29 haqqında mühazirə keçirilib
Azərbaycan səfiri Meksikanın ən nüfuzlu ali təhsil müəssisələrindən olan Milli Politexnik İnstitutunun Ali Kommersiya və Ətraflı
Bütün xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Şou biznes
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?