Dövlət başçısından FƏRMAN
- 30-01-2021, 15:20
- Siyasət
Prezident İlham Əliyev “Dövlət Nəzarəti İnformasiya Sistemi”nin yaradılması haqqında fərman imzalayıb.
"Azad Səs" xəbər verir ki, fərmana əsasən, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında Azərbaycan Respublikası Prezidentinin fərman, sərəncam və tapşırıqlarının icra vəziyyətinə nəzarətin elektron qaydada həyata keçirilməsi və yerli icra hakimiyyəti orqanlarının fəaliyyətinin əsas səmərəlilik göstəriciləri əsasında qiymətləndirilməsini təmin edən “Dövlət Nəzarəti İnformasiya Sistemi” yaradılır.
Fərmanla “Dövlət Nəzarəti İnformasiya Sisteminin iş Qaydası” təsdiq edilib.
Prezident Administrasiyası Dövlət Nəzarəti İnformasiya Sisteminin fəaliyyətini təmin edəcək və yerli icra hakimiyyəti orqanlarının fəaliyyətinin səmərəliliyinin qiymətləndirilməsi üçün əsas səmərəlilik göstəricilərini müəyyən edəcək və qiymətləndirməni aparacaq.
Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə birgə Dövlət Nəzarəti İnformasiya Sisteminin informasiya təhlükəsizliyinin təmin edilməsi üçün tədbirlər görəcək.