Azərbaycanda dövlət domen adlarına bənzədilmiş saxta domenlərin sayı açıqlanıb
Bu ilin birinci yarısında Azərbaycanda dövlət domen adlarına bənzədilmiş saxta 52 domen aşkarlanıb.
"Report" xəbər verir ki, bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Tural Məmmədov bu gün keçirilən Dövlət Qurumlarının IT rəhbərlərinin II Zirvə Toplantısında "Görülən işlər, yeniliklər və gələcək planlar" adlı təqdimatında deyib.
T. Məmmədov bildirib ki, bu domenlər qeydiyyat zamanı artıq xüsusi kiber kəşfiyyat alətləri ilə aşkarlanıb: "Müvafiq dövlət qurumları ilə birlikdə onların ölkə üzrə bloklanması tərəfimizdən həyata keçirilib. Onların bloklanması kifayət qədər çox kiberhücumların hazırlıq dönəmlərində bloklanması deməkdir".