Azərbaycan Mərkəzi Bankı “TuranBank”ı investisiya pul nişanları üzrə satış agenti seçib
- 11-10-2023, 13:40
- Cəmiyyət
Azərbaycan Mərkəzi Bankı (AMB) “TuranBank” ASC-ni investisiya məqsədli pul nişanlarının satışını təmin etmək və onların geri alışını həyata keçirmək məqsədilə satış agenti seçib.
Belə ki, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə AMB-nin ölkəmizdə ilk dəfə olaraq 10 may 2023-cü il tarixindən tədavülə buraxdığı, yüksək əyarlı Azərbaycan qızılından hazırlanmış müxtəlif çəkilərdə investisiya pul nişanlarının satışını və geri alışınə, geri alınan pul nişanlarının ekspertizasının təşkilini və ekspertizasının nəticəsi müsbət olduqda dəyərinin həmin gün onu təqdim etmiş şəxsə ödənilməsini “TuranBank” həyata keçirəcək.
Tədavülə buraxılmış bütün yubiley, xatirə və investisiya pul nişanları ölkə ərazisində nominal dəyəri ilə qanuni ödəniş vasitəsidir və onların qalıqları, qiymətləri barədə məlumatlar gündəlik əsasda AMB-nin internet səhifəsində yerləşdirilir.
1992-ci ildən etibarən fəaliyyət göstərən “TuranBank” 20 satış nöqtəsi ilə fərdi və korporativ müştərilərin xidmətindədir. “TuranBank”ın ölkə üzrə xidmət şəbəkəsi haqqında ətraflı məlumatı keçidə daxil olaraq əldə edə bilərsiniz. Bankın təqdim etdiyi məhsul və xidmətlərlə bağlı ətraflı məlumatı (012) 935 Məlumat Mərkəzinə zəng edərək, “TuranBank”ın rəsmi veb səhifəsini və yaxud sosial şəbəkələrdəki (Feysbuk, İnstaqram və s.) səhifələrini izləyərək əldə edə bilərsiniz.
“TuranBank”
Bizimlə etibarlıdır …