“Xəzər Beynəlxalq İnvestisiya Şirkəti” nizamnamə kapitalını 11 % azaldır
- 6-07-2023, 18:02
- İqtisadiyyat
“Xəzər Beynəlxalq İnvestisiya Şirkəti” QSC nizamnamə kapitalını 3 399 919,84 manat və yaxud 11 % azaldaraq 31 001 200 manatdan 27 601 280,16 manata endirməyi planlaşdırır.
“Report”un əldə etdiyi məlumata görə, bunun üçün şirkətin dövriyyədə olan 36 472 səhminin nominal dəyərinin 850 manatdan 756,78 manata endirilməsi nəzərdə tutulur.
Qurum azalmanın səbəbi barədə açıqlama verməyib.
Xatırladaq ki, “Xəzər Beynəlxalq İnvestisiya Şirkəti” 2008-ci ildə yaradılıb. Onun səhmdarları 28 % payla İslam İnkişaf Bankı, 24 % payla İqtisadiyyat Nazirliyinə məxsus “Azərbaycan İnvestisiya Şirkəti” ASC, 18 % payla Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası, 16 % payla “Al Ahmar Group for Trading, Industrial & General Agencies” və 14 % payla “Saham Holding Company”dir.