Azərbaycanın sərhəd-buraxılış məntəqələrində ləngimələr yaranıb - RƏSMİ
- 18-03-2023, 12:49
- Cəmiyyət
![Azərbaycanın sərhəd-buraxılış məntəqələrində ləngimələr yaranıb - RƏSMİ](/uploads/posts/2023-03/63e8d5575754a63e8d5575754b167620335163e8d5575754663e8d55757548.jpg)
Mart ayının 18-də İAMAS sistemində yaranmış texniki nasazlıq səbəbindən dövlət sərhədindən buraxılış məntəqələrində vətəndaşların və nəqliyyat vasitələrinin hərəkətində qısamüddətli ləngimələr yaranıb.
Bu barədə Oxu.Az-a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.
Bildirilib ki, operativ olaraq həyata keçirilmiş tədbirlər nəticəsində nasazlıq aradan qaldırılıb, vətəndaşların və nəqliyyat vasitələrinin buraxılışı təmin edilib.