Главная > Cəmiyyət > Azərbaycanın sərhəd-buraxılış məntəqələrində ləngimələr yaranıb - RƏSMİ

Azərbaycanın sərhəd-buraxılış məntəqələrində ləngimələr yaranıb - RƏSMİ


18-03-2023, 12:49. Разместил: admin
Azərbaycanın sərhəd-buraxılış məntəqələrində ləngimələr yaranıb - RƏSMİ

Mart ayının 18-də İAMAS sistemində yaranmış texniki nasazlıq səbəbindən dövlət sərhədindən buraxılış məntəqələrində vətəndaşların və nəqliyyat vasitələrinin hərəkətində qısamüddətli ləngimələr yaranıb.

Bu barədə Oxu.Az-a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.
Bildirilib ki, operativ olaraq həyata keçirilmiş tədbirlər nəticəsində nasazlıq aradan qaldırılıb, vətəndaşların və nəqliyyat vasitələrinin buraxılışı təmin edilib.
Вернуться назад