Bakıda 206 ölkənin 2897 biometrik sənədini yoxlayan elektron qapılar qoyuldu
- 10-12-2019, 10:09
- İqtisadiyyat
Qapılar aeroportunun birinci terminalının gəlmə zalındadır
Prezidentin “Azərbaycan Respublikasında turist axının sürətləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamına əsasən dövlət sərhədindən hərəkət edən şəxslərin sənədlərinin daha operativ və surətlə rəsmiləşdirilməsi məqsədilə dövlət sərhədindən buraxılış məntəqələrində yeni texnologiyaların tətbiqi davam etdirilir.
Bu məqsədlə Dövlət Sərhəd Xidmətinin təşəbbüsü ilə pilot layihə olaraq Heydər Əliyev Beynəlxalq Aeroportunun birinci terminalının gəlmə zalında yeni 2 ədəd elektron qapı (e-gates) quraşdırılıb.
Bir sıra inkişaf etmiş ölkələrinin dövlət sərhədindən buraxılış məntəqələrində istifadə olunan elektron qapılar sərhəd nəzarətində tətbiq olunan qabaqcıl texnologiyaların ən effektiv nümunələrindəndir.
Elektron qapıdan yalnız 16 yaşı tamam olan, biometrik sənədlərə malik Azərbycan vətəndaşları istifadə edə biləcəklər.
Vətəndaşlar elektron qapılar vasitəsilə sərhəd nəzarətindən aşağıdakı ardıcıllıqla keçə biləcəklər:
- dövlət sərhədindən hərəkət edən vətəndaş sənədlərini elektron qapının skan yerinə daxil edir.
- sənədin məlumatları və vətəndaşın elektron qapıda çəkilmiş biometrik fotoşəkili avtomatik məlumat bazasına daxil olur, məhdudiyyət siyahıları ilə yoxlanılır və pozuntu olmadığı halda vətəndaş 30 saniyə ərzində dövlət sərhədindən avtomatik buraxılır.
- vətəndaşın sənədi və ya məhdudiyyəti ilə bağlı pozuntu aşkarlandıqda sistem siqnal verir.
206 ölkənin 2897 növ biometrik sənədini yoxlaya bilən elektron qapılar şəxslərin dövlət sərhədindən sürətli keçidini, sərhəd nəzarətinin daha effektiv həyata keçirilməsini təmin etməyə imkan verəcək.