Bu vərdiş xərçəng riskini 30 dəfə artırır
- 5-08-2020, 14:04
- Cəmiyyət
![](/uploads/posts/2020-08/medium/1596625545_418891.jpg)
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya Elmlər Akademiyasının akademiki, Rusiya Səhiyyə Nazirliyinin baş onkoloqu Andrey Kaprin söyləyib.
Onun sözlərinə görə, genetika vasitəsilə onkoloji inkişaf hallarının yalnız 15%-ni izah etmək olar. Belə ki, mutasiyalarda yaş və həyat tərzinin önəmli rolu var. Həkim xüsusilə siqaret çəkmənin onkologiya riskini 30 dəfə artırdığını vurğulayıb.
O qeyd edib ki, insan siqareti atandan sonra orqanizm yalnız 10 il sonra “özünə gələ bilər”.
A.Kaprin həmçinin bildirib ki, 65 yaşdan sonra ömrün hər 5 ili hüceyrə mutasiyalarını 10% artırır.