Rəşad Nəbiyev: “Üç min universitet məzunu üçün mühüm şəraitlər yaradılacaq”
- 13-12-2022, 10:17
- Cəmiyyət
“Azərbaycanda innovasiyalar sahəsinin sürətli inkişafı üçün keçən il TEKNOFEST layihəsinə qoşulmuşuq. Bu il 600-ə yaxın şəxsə imkan yaratmışıq ki, bu sahədə bilik və bacarıqlara yiyələnsin”.
Oxu.Az xəbər verir ki, bu sözləri rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev “İnnovasiyalar sammiti”ndə çıxışı zamanı deyib.
O bildirib ki, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi növbəti illər ərzində ölkənin bu sahədə inkişafı üçün mühüm addımlar atacaq:
“3 min universitet məzunu üçün mühüm addımlar, şəraitlər yaradılacaq. Azərbaycan hökuməti bu sahədə inkişafı davam etdirəcək və dövrün dəyişən imkanlarına çatacaq. Yeni startaplar ortaya çıxacaq, qarşıya qoyulan məqsədlərə sürətlə nail olacağıq. Mən buna inanıram”.