Azərbaycanla Misir arasında bir sıra sənədlər imzalandı
- 25-02-2022, 14:52
- Cəmiyyət
Bu gün Bakı şəhərində Azərbaycan və Misir arasında Hökumətlərarası iqtisadi, texniki və elmi əməkdaşlıq üzrə Müştərək Komissiyanın beşinci iclası keçirilib.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən “Qafqazinfo.az”a verilən məlumata görə, iclasda iştirak etmək məqsədilə Müştərək Komissiyanın Misir tərəfindən həmsədri, bu ölkənin beynəlxalq əməkdaşlıq naziri Rania Al-Maşatın rəhbərliyi ilə nümayəndə heyəti ölkəmizə səfərə gəlib.
Komissiyanın Azərbaycan tərəfindən həmsədri, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev misirli qonaqları salamlayaraq bildirib ki, Azərbaycan və Misir yüksək iqtisadi və mədəni əlaqələrə malik dost ölkələrdir. Diqqətə çatdırılıb ki, bu il Azərbaycanla Misir arasında diplomatik əlaqələrin qurulmasının 30 ili tamam olur.
Sonra Rəşad Nəbiyev ölkəmizin ötənilki makroiqtisadi göstəriciləri, eləcə də Azərbaycanda nəqliyyat və rəqəmsal transformasiya sahəsində görülən və planlaşdırılan işləri diqqətə çatdırıb.
İclasda ticarət, sənaye, qarşılıqlı investisiyalar, təhsil, mədəniyyət və turizm sahəsində əməkdaşlıq imkanlarına dair müzakirələr aparılıb.
İclasın sonunda Azərbaycan və Misir arasında Hökumətlərarası iqtisadi, texniki və elmi əməkdaşlıq üzrə Müştərək Komissiyanın beşinci iclasının Protokolu və bir sıra sənədlər imzalanıb.