“Smart Qarabağ” Hakatonunun məqsədləri açıqlanıb
Bu il Bakıda keçiriləcək “Teknofest” Aerokosmik və Texnologiya Festivalı çərçivəsində elan edilmiş “Smart Qarabağ” Hakatonunun məqsədləri açıqlanıb.
“Report” xəbər verir ki, bu barədə festivalla bağlı mətbuat konfrasında rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev məlumat verib.
“Bilirsiniz ki, hazırda Qarabağda ölkə prezidentinin tapşırığı ilə tikinti-quruculuq işləri gedir. Eyni zamanda verilən tapşırıqlardan biri ondan ibarətdir ki, Qarabağ yaşıl zonaya və ən müasir texnologiyaların tətbiq olunduğu əraziyə çevrilsin. Texnologiyaların burada sınaqdan keçirilməsi də məqsədlərdən biridir. Qarabağda tətbiq ediləcək texnologiyalar davamlı olmalı, innovasiyalarpn inkişafına təkan verməli və səmərəli olmalıdır. “Smart Qarabağ” hakaotonunun da keçirilməsi məhz bu üç məqsədə xidmət edir. Biz vətəndaşlarımızın yeni həlləri, texnoloji ideyaları ilə bir araya gəlib bu prosesdə bilavasitə iştirak etmələrini istəyirik”, - deyə o, qeyd edib.