Azərbaycanda rəqəmsal məşğulluq xəritəsi yaradılır - RƏSMİ
- 23-12-2020, 10:55
- Manset
“Nazirlik əhaliyə elektron xidmətlərin göstərilməsini qarşısına əsas məqsəd qoyub. Artıq 16 elektron bazamız yaradılıb və 800 mindən artıq aktiv iştirakçımız var. Bunun nəticəsində 25 mindən artıq elektron pensiya təminatı aparıldı”.
''Azad Səs'' Oxu.az-a istinadən xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov 10-cu Beynəlxalq “Caspian Energy Investment” Forumu çərçivəsində çıxış edərkən deyib.
O bildirib ki, bu gün 15 min arayış elektron qaydada alına bilər və 500 min vətəndaşımız bu arayışları QR kodla çap edə bilir:
“Növbəti dövrdə vətəndaşlara və sahibkarlara xidmətin genişləndirilməsi məqsədilə 30 DOST mərkəzi yaradılacaq. Bununla da əhali 132 sosialyönlü xidmətlərdən istifadə edə biləcək”.
Nazir müavini əlavə edib ki, həmçinin, əmək yarmarkaları gələcəkdə distant şəkildə keçiriləcək.
O qeyd edib ki, biznes sektorunda rəqəmsal məşğulluğun təmin edilməsi məqsədilə Vahid Əmək Münasibətləri platforması yaradılacaq:
“Biznes sektorunun işlərinə töfhə vermək üçün rəqəmsal məşğulluq xəritəsi yaradılacaq. Sistemdə toplanmış məlumatlar vahid elektron bazada inteqrasiya olunacaq”.