azadses.az » Cəmiyyət » Rəşad Nəbiyev avtomobil nəqliyyatı və logistika şirkətlərinin nümayəndələri ilə görüşüb - FOTO

Rəşad Nəbiyev avtomobil nəqliyyatı və logistika şirkətlərinin nümayəndələri ilə görüşüb - FOTO

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev avtomobil nəqliyyatı və logistika şirkətlərinin nümayəndələri ilə görüşüb.

Məqsəd avtomobil nəqliyyatı ilə yük və sərnişin daşınması sahəsində mövcud vəziyyət, problemlər və perspektivlər barədə müzakirələrin aparılması, yeni prioritetlərin müəyyən edilməsi və təkliflərin dinlənilməsi olub.

Müzakirə zamanı avtomobil nəqliyyatı sahəsində aparılan islahatlar, yerli daşıyıcıların beynəlxalq daşımalar bazarına çıxışının genişləndirilməsi, həmçinin nəqliyyat sahəsində rəqəmsal texnologiyaların tətbiqinin əhəmiyyəti barədə fikir mübadiləsi aparılıb.

Rəşad Nəbiyev çıxışında avtomobil daşımaları bazarının inkişafı, yerli daşıyıcıların təşviq edilməsi istiqamətində görülən işlər haqqında danışıb.

Nazir vurğulayıb ki, yalnız həqiqi hökumət-biznes tərəfdaşlığı ilə Azərbaycanı qlobal logistika və nəqliyyat bazarının dəyərli hissəsinə çevirmək mümkündür. Rəşad Nəbiyev daşıyıcı şirkət rəhbərləri ilə keçirilən son görüşdən sonra qanunvericilikdə və strukturda baş verən dəyişikliklər haqqında məlumat verib.

Bildirilib ki, Prezidentin Fərmanı ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) publik hüquqi şəxs yaradıldı və yaxın zamanlarda Agentliyin Nizamnaməsi təsdiq ediləcək.

Əlavə edilib ki, Nazirlər Kabinetinin 2022-ci il 8 aprel tarixli müvafiq Qərarı ilə “Avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımalarına Buraxılış Qaydaları” təsdiq edilib.

Qaydalar növbəti ilin aprel ayından tətbiq ediləcək. Qaydalara əsasən sürücülərlə əmək müqaviləsi bağlanılmalıdır. Daşıyıcının məsul şəxsi və sürücüləri peşəkarlıq səriştəsi ilə bağlı hazırlıq keçərək şəhadətnamə almalıdır. Operator işgüzar nüfuzu, maliyyə vəziyyəti və peşəkarlıq səriştəsi ilə bağlı meyarlara cavab verməlidir. Göründüyü kimi, Nazirlər Kabinetinin qərarı uğur üçün mühüm faktor olaraq insan kapitalının önəmini təsdiq edir.

Qeyd olunub ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi öz səlahiyyətləri çərçivəsində daşıyıcılara dəstək göstərməyə və onların inkişafına kömək etməyə hazırdır. Avtomobil nəqliyyatı sahəsini tənzimləyən mövcud normativ-hüquqi aktlarda ciddi dəyişikliklərlə bağlı təkliflər hazırlanıb və yaxın zamanlarda təsdiq edilməsi gözlənilir. Bu sahədə xidmətlərin elektron formada göstərilməsini, habelə məlumatların əlçatanlığını təmin edən “AYNA” informasiya sistemi yaradılacaq.

Görüş iştirakçıları qarşılaşdıqları problemlər haqqında ətraflı məlumat veriblər.

Sonda nəqliyyat və logistika şirkətlərinin nümayəndələri minnətdarlıqlarını bildirib və bu görüşün gələcək fəaliyyət üçün faydalı olacağına əminliklərini ifadə ediblər.


DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Səbail rayonunda avtomobillərin toqquşması zamanı ahıl qadın xəsarət alıb
  2. Bakıda yol qəzası olub, xəsarət alan var
  3. Talış Dağlıq zonasında güclü zəlzələ olub
  4. Samuxda narkotik yetişdirməkdə şübhəli bilinən şəxs saxlanılıb
  5. Sabunçu prokurorluğunda 31 yaşlı kişinin qətlə yetirilməsi ilə bağlı cinayət işi açılıb - YENİLƏNİB
  6. Qazaxda avtomobilin vurduğu piyada xəstəxanada ölüb - YENİLƏNİB
  7. Bakıda yolu keçən 42 yaşlı qadını avtomobil vurub
  8. Sabahın hava proqnozu: Leysan xarakterli yağış yağacaq, şimşək çaxacaq
  9. CAR-da ağır qəza: Çox sayda ölən və yaralanan var
  10. Daşkəsəndə arvadını balta ilə qətlə yetirməkdə şübhəli bilinən şəxs barəsində cinayət işi başlanıb
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün 1 373 namizəd rezidenturaya imtahan verəcək
Bu gün 1 373 namizəd rezidenturaya imtahan verəcək
Bu gün Dövlət İmtahan Mərkəzi rezidenturaya qəbul imtahanının birinci mərhələsi (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi Ətraflı
İngilis dili müəllimləri sertifikasiya imtahanı verəcəklər
İngilis dili müəllimləri sertifikasiya imtahanı verəcəklər
İyunun 22-də ingilis dili müəllimləri sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsində iştirak edəcəklər. Bu barədə Ətraflı
Bütün xəbərlər
«    İyun 2024    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Şou biznes
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur reper saxta pornonun qurbanı oldu
Məşhur reper saxta pornonun qurbanı oldu
Cennifer Lopeslə Ben Afflekin münasibətlərinin pozulmasının səbəbi məlum oldu
Cennifer Lopeslə Ben Afflekin münasibətlərinin pozulmasının səbəbi məlum oldu
Peris Hiltondan övladlarının tərbiyəsi ilə bağlı gözlənilməz açıqlama: "Qoymayacağam!"
Peris Hiltondan övladlarının tərbiyəsi ilə bağlı gözlənilməz açıqlama: "Qoymayacağam!"
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
“Forsaj11”in premyerası təxirə salındı
“Forsaj11”in premyerası təxirə salındı
Britni Spirs: “Ədalət yoxdur”
Britni Spirs: “Ədalət yoxdur”