Suraxanıda sakinlərlə səyyar görüş keçirildi - Fotolar
- 3-03-2022, 18:23
- Cəmiyyət
Bu gün Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov Qaraçuxur qəsəbəsi, Yeni Günəşli yaşayış sahəsinin sakinləri ilə səyyar görüş keçirib.
“Azadsəs.az” xəbər verir ki, B.Qulamoğlu adına 285 saylı tam orta məktəbin akt zalında 100-ə yaxın sakinlə keçirilən səyyar görüşdə Rayon Prokuroru Rəşid Mahmudov, RİHB-nin müavinləri, şöbə müdirləri, dövlət orqanlarının yerli idarələrinin və xidmət sahələrinin rəhbərləri iştirak ediblər.
RİH başçısı Əziz Əzizov səyyar görüşdə sakinlərə ilk öncə Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən aparılan uğurlu daxili və xarici siyasət, xalqımızın tarixinə “Zəfər salnaməsi” kimi yazılan 44 günlük müharibədə qazandığımız Şanlı Qələbə barədə, eləcə də əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəlmiş dövlət qərarları haqqında ətraflı məlumat verib.
Sakinlər Suraxanı rayonunda həyata keçirilən abadlıq-quruculuq işlərinə görə başda Prezident Cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva olmaqla rayon rəhbərliyinə minnətdarlıqlarını bildirərək onları maraqlandıran suallarla RİH başçısına müraciət ediblər. Müraciətlər cavablandırılıb və ya araşdırılması üçün nəzarətə götürülüb.