“Bakıda 700 illik məscid dağılır” xəbərinə Suraxanı İH-dən reaksiya - Fotolar
- 21-08-2020, 09:32
- Cəmiyyət
Bəzi KİV-də yayılmış xəbərdə qeyd olunan Əmircan qəsəbəsi, Əmir Nizaməddin küçəsi döngə 4 ev 4 ünvanda yerləşən Səttarov Səttar Həsənağa oğlu tərəfindən inşa edilmiş fərdi yaşayış evinin tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi 2018-ci ilin mart ayında RİH tərəfindən razılaşdırılıb. “Qafqazinfo” xəbər verir ki, həmin müddətdə fərdi yaşayış evinin tikintisinə başlanılsa da, vətəndaşın maddi sıxıntılarla üzləşməsi səbəbindən tikinti bugünədək başa çatdırılmayıb.
Qeyd edək ki, bu gün Suraxanı rayonunda genişmiqyaslı abadlıq-quruculuq işlərinin aparılması və rayonun hərtərəfli inkişafının daha da sürətləndirilməsi istiqamətində əsaslı layihələr davam etdirilir. Rayonda küçələrin, parkların abadlaşdırılması və yenidən qurulması sakinlərin təhlükəsiz və rahat yaşam şəraitinin yaradılmasına xidmət edir.
Ölkə başçısı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın göstərişi ilə Bakı Abadlıq Xidmətinin və Suraxanı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə hazırda Suraxanı rayonu, Əmircan qəsəbəsində Tofiq Bayram, Xanoğlan Bayramov, Əmir Nizaməddin, Elxan Həsənov, Molla Pənah Vaqif, Mirzə Ələkbər Sabir küçələrinin mövcud memarlıq vəziyyətinin qorunub saxlanılması şərti ilə genişmiqyaslı abadlaşdırma işləri həyata keçirilir. Aparılan abadlıq işləri çərçivəsində tarixi abidələrin bərpası, evlərin fasadlarının təmiri, kanalizasiya xətlərinin çəkilişi, küçələrin işıqlandırılması, piyada səkilərinin salınması, dekorativ kol və güllərin əkilməsi nəzərdə tutulub. Eyni zamanda qəsəbədə yerləşən Nizaməddin məscidində də yenidənqurma işlərinin aparılması planlaşdırılır. Son günlərdə məscidin qarşısına sakinlər tərəfindən atılan məişət tullantıları həmin ərazidən təmizlənərək daşınıb.
Lakin, adıçəkilən xəbərdə göstərildiyi kimi bundan öncə sözügedən tarixi memarlıq abidəsinin bərpası üçün hər-hansı maliyyə vəsaitinin ayrılması ilə bağlı RİH-də heç bir məlumat yoxdur.
Bundan əlavə Suraxanı rayonunda hazırda Əmircan qəsəbəsi, Elxan Həsənov və Park küçələrinin kəsişməsində 3 ha ərazidə yeni parkın salınması işləri davam etdirilir. Həmçinin, Elxan Həsənov küçəsində yerləşən və uzun müddət baxımsız qalan parkda da əsaslı təmir işlərinə başlanılmışdır. Tofiq Bayram küçəsində isə Böyük Vətən Müharibəsində həlak olan şəxslərin xatirəsinə ucaldılmış abidə abadlaşdırılır.
Təəssüflər olsun ki, bəzi media orqanları tərəfindən təqdim edilən bu xəbər kimi həqiqətə uyğun olmayan məlumatlarla rastlaşırıq. Hər hansı sübuta əsaslanmadan, mənbəyə istinad edilmədən yayılan belə dezinformasiyaların qərəzli mövqedən yazıldığını istisna etmir və oxucuları bu tip əsassız, saxta məlumatlara uymamağı çağırırıq.