azadses.az » Cəmiyyət » Goranboy İcra Hakimiyyətindən yayılan məlumatlarla bağlı - Açıqlama

Goranboy İcra Hakimiyyətindən yayılan məlumatlarla bağlı - Açıqlama

Sosial şəbəkələrdə və bəzi media orqanlarında Goranboy rayon icra başçısı ilə bir neçə Qarabağ qazisi arasında gərginliyin olması ilə bağlı xəbər yayılıb. Goranboy rayon İcra Hakimiyyəti rayon barədə dərc olunan yazılara münasibət bildirib.​

“Azadsəs.az” xəbər verir ki, icra hakimiyyətinin açıqlamasında deyilir:

“Mövcud internet resurslarında bəzi internet saytları reallıqdan kənar, dəqiqləşdirilməmiş və özlərinə sərf edən, yalançı, məkrli və qərəzli maraqlarına xidmət edən informasiyaları yaymaqla, rayon İcra Hakimiyyətinin işgüzar nüfuzuna və rayonun ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında əldə olunmuş nailiyyətlərinə, görülmüş işlərə kölgə salmağa cəhd göstərirlər.

Bildiririk ki, Goranboy rayon icra Hakimiyyətinin təşkilatçılığı və rayon icra hakimiyyətinin başçısı, Gəncə Regional Mədəniyyət İdarəsi, Gəncə Regional Qaz İstismarı İdarəsi, Mingəçevir Regional Elektrik Şəbəkəsi, Dövlət Sosial Müdafiə Fondunun Gəncə şəhər şöbəsi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi–Sosial Ekspertiza və Reabilitasiya şöbəsinin rəhbərləri, Milli Məclisin deputatı Anar Məmmədovun köməkçisi, rayonun hüquq mühafizə orqanları və xidmət sahələrinin rəhbərlərinin iştirak ilə, 25 fevral 2022-ci il tarixdə Goranboy şəhərində Şəhid ailələri və Qazilərin problem və müraciətlərin dinlənilməsi, bu sahədə operativliyin təmin edilməsi məqsədi ilə görüş təşkil olunub.

Tədbirdə, aidiyyəti xidmət sahələrinin rəhbərləri tərəfindən fərdi qaydada Şəhid ailələri və Qazilərin müraciətləri dinlənilib, sosial qayğılarının, kommunal təhcizat təminatının, o cümlədən elektrik enerjisi, təbii qaz, içməli və suvarma suyu, rabitə, həmçinin müharibə zamanı sağlamlığını itirmiş iştirakçıların əlillik dərəcəsinin təyin edilməsi, veteranlıq və medal təqdimatı məsələlərinin həlli ilə bağlı qeydlər aparılıb.

Tədbirdə iştirak edən bütün Şəhid ailələri və Qazilərimiz bu cür görüşlərin təşkilini və RİH-nin fəaliyyətini yüksək qiymətləndirib, ölkə rəhbəri Prezident İlham Əliyevə məmnunluqlarını bildiriblər. Qərara alınıb ki, bu cür məqsədyönlü qəbullar ayda bir dəfə olmaqla davam etdirilsin.

Bir daha bildiririk ki, bəzi saytlarda yerləşdirilən bu kimi informasiyalar böhtan xarakterlidir, tam əsassızdır. Əslində, bu cür təxribat xarakterli yazılar goranboyluların fikri və münasibəti deyil, kimin və ya kimlərinsə şəxsi, qərəzli yanaşmalarıdır.

Goranboy rayon İcra Hakimiyyəti, yerli icra hakimiyyətləri haqqında əsasnamənin tələblərini əldə rəhbər tutaraq, rayonda siyasi, iqtisadi və mədəni həyatın bütün sahələrinə aid dövlət siyasətinin və ölkə başçısının qarşıya qoyduğu vəzifələrin icrasını təmin edir.

Rayonda görülmüş işlər və reallıqlar, xüsusən də 44 günlük Vətən müharibəsi öncəsi və müharibə dövründə cəbhəboyu yaşayış məntəqələrində və arxa cəbhədə aparılan işlər, Şəhidlərimizin dəfn və yas mərasimlərinin təşkili, Şəhid ailələrinə mənəvi və maddi dəstəyin göstərilməsi, müharibədən sonra Şəhid ailələri və Qazilərin sosial qayğılarının həlli ilə bağlı RİH-nin və Milli Məclisin rayonu təmsil edən deputatlarının birgə fəaliyyəti barədə və digər məlumat və materialları İcra Hakimiyyətinin rəsmi internet (www.goranboy-ih.gov.az), Facebook və İnstaqram (Goranboy rayon Icra Hakimiyyəti) səhifələrindən izləmək və öyrənmək olar”.





DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Qaraçuxurda motosikletçi yol qəzasında xəsarət alan var
  2. Tərtərdə avtomobil beton maneəyə çırpılıb, gənc qız ağır yaralanıb
  3. Səbail rayonunda avtomobillərin toqquşması zamanı ahıl qadın xəsarət alıb
  4. Bakıda yol qəzası olub, xəsarət alan var
  5. Talış Dağlıq zonasında güclü zəlzələ olub
  6. Samuxda narkotik yetişdirməkdə şübhəli bilinən şəxs saxlanılıb
  7. Sabunçu prokurorluğunda 31 yaşlı kişinin qətlə yetirilməsi ilə bağlı cinayət işi açılıb - YENİLƏNİB
  8. Qazaxda avtomobilin vurduğu piyada xəstəxanada ölüb - YENİLƏNİB
  9. Bakıda yolu keçən 42 yaşlı qadını avtomobil vurub
  10. Sabahın hava proqnozu: Leysan xarakterli yağış yağacaq, şimşək çaxacaq
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün 1 373 namizəd rezidenturaya imtahan verəcək
Bu gün 1 373 namizəd rezidenturaya imtahan verəcək
Bu gün Dövlət İmtahan Mərkəzi rezidenturaya qəbul imtahanının birinci mərhələsi (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi Ətraflı
İngilis dili müəllimləri sertifikasiya imtahanı verəcəklər
İngilis dili müəllimləri sertifikasiya imtahanı verəcəklər
İyunun 22-də ingilis dili müəllimləri sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsində iştirak edəcəklər. Bu barədə Ətraflı
Bütün xəbərlər
«    İyul 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Şou biznes
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur reper saxta pornonun qurbanı oldu
Məşhur reper saxta pornonun qurbanı oldu
Cennifer Lopeslə Ben Afflekin münasibətlərinin pozulmasının səbəbi məlum oldu
Cennifer Lopeslə Ben Afflekin münasibətlərinin pozulmasının səbəbi məlum oldu
Peris Hiltondan övladlarının tərbiyəsi ilə bağlı gözlənilməz açıqlama: "Qoymayacağam!"
Peris Hiltondan övladlarının tərbiyəsi ilə bağlı gözlənilməz açıqlama: "Qoymayacağam!"
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
“Forsaj11”in premyerası təxirə salındı
“Forsaj11”in premyerası təxirə salındı