Prezident Gəncəyə getdi - Fotolar
![](/uploads/posts/2022-01/medium/1643559279_16435418113531023806_1000x669.jpg)
"Azadsəs.az" xəbər verir ki, dövlət başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Gəncə şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub.
Prezident İlham Əliyev Gəncə Dövlət Dram Teatrının yeni binasının, 2 saylı Gəncə regional “ASAN xidmət” mərkəzinin açılışlarında iştirak edib.
Dövlət başçısı Gəncə İdman Sarayında aparılan tikinti işlərinin gedişi ilə tanış olub, “Azərbaycan Dəmir Yolları” QSC-nin lokomotiv deposunun açılışında iştirak edib, Gəncə Memorial Kompleksinin təməlini qoyub.
Prezident İlham Əliyev Azərbaycan Dövlət İnformasiya Agentliyinə – AZƏRTAC-a müsahibə verib.
Səfərdən geniş materiallar yanvarın 31-də dərc ediləcək.
![](/uploads/posts/2022-01/medium/1643559318_16435418122505749049_1000x669.jpg)
![](/uploads/posts/2022-01/medium/1643559339_1643541812526222681_1000x669.jpg)
![](/uploads/posts/2022-01/medium/1643559338_16435418122208938039_1000x669.jpg)
![](/uploads/posts/2022-01/medium/1643559338_16435418125146611576_1000x669.jpg)
![](/uploads/posts/2022-01/medium/1643559386_16435418115299910757_1000x669.jpg)