Rusiyada feysbukun fəaliyyəti qismən dayandırılır
Fevralın 25-dən Rusiyada feysbuka giriş qismən məhdudlaşdırılacaq.
“Azadsəs.az” xəbər verir ki, bu barədə “Roskomnadzor” məlumat yayıb.
“Fevralın 25-də Baş Prokurorluq Xarici İşlər Nazirliyi ilə razılaşdırmaqla feysbuk sosial şəbəkəsini əsas insan hüquq və azadlıqlarının, habelə Rusiya vətəndaşlarının hüquq və azadlıqlarının pozulmasında iştirak edən şəbəkə kimi tanımaq barədə qərar qəbul edib”, - deyə məlumatda bildirilir.
Bir gün əvvəl feysbuk yalan məlumat yaydığına görə “RİA Novosti” agentliyinin rəsmi səhifəsinə 90 günlük məhdudiyyət qoyub. Daha sonra Rusiyanın dörd KİV-i - “Zvezda”, “RİA Novosti”, “Lenta.ru” və “Gazeta.ru”nun materialları senzuraya məruz qalıb.
Rusiya Baş Prokurorluğu qeyd edib ki, feysbuk bu yolla sosial əhəmiyyətli məlumatların yayılmasını qanunsuz olaraq məhdudlaşdırıb və bununla da Konstitusiyanın 29-cu maddəsində nəzərdə tutulan “Rusiya vətəndaşlarının istənilən qanuni yolla məlumatı sərbəst axtarmaq, almaq, ötürmək, istehsal etmək və yaymaq hüququ”nu pozub.
Qeyd edilir ki, sosial şəbəkə pozuntuları aradan qaldırmasa, ona giriş tam və ya qismən məhdudlaşdırılacaq. Dövlət Dumasının İnformasiya Siyasəti, İnformasiya Texnologiyaları və Rabitə Komitəsinin sədri Aleksandr Xinşteynin sözlərinə görə, əgər sosial şəbəkə bütün pozuntuları aradan qaldırarsa - ilk növbədə, dörd Rusiya KİV-inə girişi blokdan çıxararsa - görülən tədbirlər ləğv ediləcək.