Elman Paşayevə Moskvanın mərkəzində hücum
- 1-10-2020, 14:10
- Dünya
Bir il müddətinə vəkillik statusundan məhrum edilən Elman Paşayevə Moskvanın mərkəzində hücum edilib.
''Azad Səs'' “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb. Qeyd olunub ki, keçmiş hüquq müdafiəçisi müsahibə üçün getdiyi “360” kanalının binasının qarşısında (Zubovski bulvarı) hücuma məruz qalıb.
“Bu gün səhər 10:45-də TV jurnalisti ilə birlikdə binanın girişində gözləyərkən naməlum şəxs mənə qışqırdı və dünənki ifadəm barədə sorğu-sual etdi. Hücum edənlərdən biri qaçmağa çalışarkən sənədlərini atıb”,- deyə Paşayev bildirib.
O, hüquq-mühafizə orqanlarına məlumat verdiyini qeyd edib.