Rusiya Dövlət Dumasına seçkilərin tam nəticələri açıqlanıb
![](/uploads/posts/2021-09/medium/1632196812_c2609fd6-20fa-369d-967b-39177b782cb0_850.png)
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyası (MSK) protokolların 100 %-ə istinadən bildirib.
"Vahid Rusiya" 49,82 % səslə Dövlət Dumasına seçkilərdə liderliyini saxlayıb, Rusiya Federasiyasının Kommunist Partiyası 18,93 %-lə ikinci yerdə, Rusiya Liberal Demokratik Partiyası 7,55 %-lə üçüncü yerdə qərarlaşıb.
Liderlərin beşliyinə həmçinin "Ədalətli Rusiya” (7,46 %), "Yeni insanlar" (5,32 %) partiyaları düşüb.
Beləliklə, beş partiya 5 %-lik baryeri aşaraq Dövlət Dumasına düşüb.
Rusiyada parlament və yerli idarəetmə orqanlarına seçkilər sentyabrın 17-dən 19-dək keçirilib. Seçkilərdə iştirak 51 %-i ötüb.