Rusiyada Azərbaycan əsilli gülüş ustası barədə qərar verildi
- 30-08-2021, 17:19
- Manset / Şou biznes
Rusiya Daxili İşlər Nazirliyi Azərbaycan əsilli gülüş ustası, Belarus vətəndaşı İdrak Mirzəlizadənin Rusiyada qalmasını ömürlük arzuolunmaz hesab edib.
“Özünün ictimaiyyət qarşısında çıxışında İdrak Mirzəlizadə rus millətindən olan şəxslərə qarşı nifrət və düşmənçiliyi qızışdıran, insan ləyaqətini alçaldan ifadələrə yol verib. Bu baxımdan, onun Rusiya Federasiyası ərazisində olması ictimai asayişə, başqalarının hüquqları və qanuni maraqlarına təhdid kimi qəbul olunub”, - deyə nazirliyin məlumatında bildirilir.
Nazirlikdən əlavə edilib ki, yaxın vaxtlarda qərar barədə Mirzəlizadəyə məlumat veriləcək.
Son illərdə stendapçı bir neçə dəfə Rusiyaya gedib və bu ilin mart ayında orada yaşamaq icazəsi alıb.
Avqustun əvvəlində Moskvanın Taqanski Məhkəməsi onu “Nifrət və ya düşmənçiliyə təhrik etmək, habelə insan ləyaqətini alçaltmaq” maddəsi ilə on günlük inzibati həbs cəzasına məhkum edib.
Səbəb isə komediya ustasının “ruslar və nəcis” haqqında internetdə yayılan videosu olub.
Mirzəlizadənin sözlərinə görə, onun sözləri kontekstdən çıxarılıb və monoloqun özü isə əksinə, ksenofobiyanı lağa qoyub.
Məhkəmədə komediya ustası bu zarafatın incidə biləcəyi insanlardan üzr istəyib, lakin etnik nifrəti qızışdırmaqda günahkar olduğunu qəbul etməyib.
Mənbə: “RİA Novosti”