Kaliforniyada 3D printrdə çap edilmiş yaşayış qəsəbəsi salınacaq
- 22-03-2021, 07:55
- Dünya
Bu barədə “Guardian” nəşri məlumat yayıb.
Məlumata əsasən, qəsəbə Ranço-Miraj şəhəri ərazisində salınacaq. Plana görə, Koaçella vadisindəki 2 hektarlıq sahəni əhatə edəcək yaşayış məskəni 15 evdən ibarət olacaq. Evlərin hər birində 3 yataq otağı və iki vanna otağı olacaq.
Hər evin çap edilməsi bir sutka vaxt aparacaq. Sakinlərin istəyinə uyğun olaraq, evə iki yataq və bir vanna otağı da əlavə etmək mümkün olacaq.
Bununla yanaşı, əlavə ödəniş müqabilində evin həyətində hovuz, cakuzi, mini mətbəx kimi sahələr də yaradıla bilər.
Evlərin qiyməti 595-950 min dollar arasında dəyişəcək.