2021-ci ilin ən çox gözlənilən avtomobilinin təqdimatı keçirildi - FOTO/VİDEO
Noyabrın 18-də “Geely”nin flaqman modeli olan “Tugella”nın təqdimat mərasimi keçirilib.
Təqdimatda bir sıra məşhur şəxslər iştirak edib. Təqdimatın qeyri-adi üslubda keçməyi son günlərin ən çox müzakirə mövzularından birinə çevrilib.
Yeni “Tugella” “Geely” ilə “Volvo” şirkətinin birgə əməkdaşlığı çərçivəsində istehsal olunan 2.0 litr həcmli “Turbo” mühərrik ilə təchiz olunub. “Tugella” modeli Çin istehsalı olan bazarda ən sürətli avtomobil olub. 0-100km/s sürətlənməsi sadəcə 6,9 saniyə təşkil edir. Əlavə olaraq avtomobildə AEB (fövqəladə tormozlama sistemi), LKA (hərəkət zolağında saxlama assistensi), IHBC (uzaq işığa intellektual nəzarət sistemi) kimi təhlükəsizlik sistemləri mövcuddur.
“Geely” ilə “Əfəndilər” qrupunun əməkdaşlığı 2019-cu ilin sonunda başlayıb. Keçən ildən distributorluq müqaviləsi imzalandıqdan sonra “Rich Motors” Azərbaycanda bu avtomobillərin satışı, texniki xidməti və ehtiyat hissələrinin satışına start verdi. Avtosalon və salonun arxasında yerləşən servis mərkəzi də “Geely”nin korporativ standartlarına uyğun inşa olunub. Servis eyni zamanda 35 avtomobilə xidmət göstərmə qabiliyyətinə malikdir.
“Geely” - Çinin iri avtoistehsalçısı olan, 1986-cı ildə yaradılmış “Geely Holding Group” qlobal şirkətin brendidir. “Geely Auto Group”a Çin ərazisində və onun xaricində 15 avtomobil zavodu və transmissiya və mühərrik istehsalı üzrə 8 zavod məxsusdur. Bundan savayı, şirkət Çin, İsveç, İngiltərə və Almaniyada elmi-tədqiqat mərkəzləri, Şanxay, Götebörq, Barselona, Kaliforniya və Koventridə isə dizayn mərkəzlərinə malikdir.
“Geely Auto Group”un önəmli hadisələrindən olan 2010-cu ildən “Volvo” şirkətinin səhmlərinin alınması, 2017-ci ildə ABŞ-in uçan avtomobillərin yaradıcısı “Terrafugi”, “Britaniyanın Lotus” şirkətinin səhmlərinin nəzarət paketinin və Malayziya şirkəti “Proton”ın 49,9 % səhmlərinin əldə olunmasını qeyd etmək olar. 2018-ci ildə isə “Geely”, “Mercedes-Benz” və “Smart” markaları tərkibində olan “Daimlər“in 9,7 % səhmlərin əldə edib.
Yeni “Tugella” modeli haqqında ətraflı məlumatı aşağıda qeyd olunan linkdən əldə edə bilərsiniz:
https://geely.az/car/tugella/