“Mitsubishi” elektrik avtomobilinin istehsalını dayandıracaq
- 19-09-2020, 08:55
- Dünya
Yaponiyanın “Mitsubishi Motors” konserni cari maliyyə ilinin sonuna kimi (2021-ci ilin martında -red) dünyada geniş bazar üçün buraxılmış ilk elektrik avtomobil “i-MiEV”in istehsalını başa çatdırmaq niyyətindədir.
''Azad Səs'' Pravda.az-a istinadən xəbər verir ki, bu barədə NHK telekanalı bildirib.
Bu qərarın əsas səbəbi modelin satış səviyyəsinin aşağı olması, həmçinin şirkətdəki ümumi böhran vəziyyəti və xərcləri azaltmaq istəyidir. Bundan əlavə, “Mitsubishi Motors” ortağı “Nissan”ın dəstəyi ilə yeni bir elektrikli nəqliyyat vasitəsini inkişaf etdirə bilər.
“i-MiEV” 2009-cu il istehsal edilib və dünyada alıcılar üçün əlçatan olan ilk elektrik avtomobil olub. Avtomobil 63 at gücə malik elektromühərriklə təchiz edilib, batareyanın bir gediş yükü təxminən 160 kilometrdir.
Avtomobil həmçinin “Peugeot” və “Citroen” markaları altında buraxılıb.
Dünyada bu növ avtomobilin təxminən 50 mini satılıb.Report